HAQQIMIZDA

“GREEN WORLD” ООО

“GREEN WORLD” MMC-nin isitixanası Abşeron yarımadasının Zirə qəsəbəsində yerləşir və hazırda biz pomidorların istixana şəraitində yetişdirilməsi üzrə ixtisaslaşırıq. İstixanamızın Zirə qəsəbəsində inşa edilməsi təsadüfi deyil, nəzərə alsaq ki, daha qədimdən indiyədək bu ərazi tərəvəzlərin və digər kənd təsərrüfatı məhsulların yetişdirilməsi üçün çox əlverişli hesab edilir. Məhz bu səbəbdən bu qəsəbədə uzun illər boyu südçülük-tərəvəzçilik sovxozu fəaliyyət göstərmiş və öz məhsulları ilə nəinki Azərbaycanı, hətta bir çox postsovet məkanında yerləşən respublikaları təmin etmişdir.

Bəs bu qəsəbənin özəlliyi nədədir? Niyə burda yetişdirilən pomidorların dadı hələ də dillər əzbəridir?

Bunun sirri ərazinin xüsusi iqlim və təbiət xüsusiyyətlərinə malik olmasıdır. Torpaq, hava, su və günəş. Bu dörd ünsürün vəhdəti hər bir canlının mövcudluğunu şərtləndirir. Duzlu Xəzər küləyi, xüsusi osmosla əlavə olaraq filtrasiya edilmiş quyu suyu və parlaq, qızmar Bakı günəşi bizim bitkilərimizi qidalandırır və məhsulumuza unudulmaz dad verir.

İstixanamız bu sahədə əldə olunmuş ən son elmi nailiyyətlər əsasında fransalı və hollandiyalı mütəxəssislərin nəzarəti ilə inşa edilmişdir. Biz inkişaf etmiş ölkələrin standartlarına cavab verən, dünya istehsalçılarının yüksək keyfiyyətli gübrələrini istifadə etməklə ekoloji cəhətdən təmiz, tərkibində GMO olmayan məhsullar yetişdiririk. Bitkilərimiz təbii üsul olan arılar vasitəsilə tozlandırılır, zərərvericilərə qarşı insan orqanizmi üçün təhlükəsiz olan yalnız sertifikatlaşdırılmış preparatlardan istifadə edirik.

placeholder 960

MİSSİYAMIZ

placeholder 960 placeholder 960

Son illər ərzində ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun, xüsusi ilə kənd təsərrüfatı sahəsinin inkişafı üçün dövlət tərəfindən əhəmiyyətli tədbirlər görülmüş və əlverişli şərait yaradılmışdır. Biz də respublikamızın ərzaq təhlükəsizliyinin gücləndirilməsi sahəsində öz töhfəmizin verilməsində israrlıyıq. Eyni zamanda fəaliyyətimizin əsas məqsədini yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz və alıcılarımızın ən tələbkar zövqlərini oxşayan məhsulların yetişdirilməsində görürük.
Biz sizin üçün ən yaxşısını istəyirik!

MƏHSUL

placeholder 960 placeholder 960

Hazırda istixanamızda bir sıra pomidor çeşidi yetişdirilir və “Zira Tomato” ticarət markası ilə satışa çıxarılır. Bu salxım pomidoru kimi tanınan “endeavor”, çəhrayi adlandırılan “pink paradise”, “muchoо” və hamının sevimlisi olan “cherry”dir. Bütün bu çeşidlər alıcıların rəğbətini qazanmaqla bazarda öz yerini tuta bilmişlər. Əsas eksport məhsulumuzun salxım pomidoru kimi tanınan “endeavor” olmasına baxmayaraq, gələcəkdə istixana kompleksinin səhəsi artdıqca, biz alıcılarımızın sifarişlərinə uyğun olaraq digər pomidor çeşidlərinin də eksport həcmində istehsalına başlayacayıq.

İSTİXANA

placeholder 960 placeholder 960

İstixananın tikintisi ilə bağlı keçirilən tenderə əsasən dünyada bu səhədə məhşur olan iki qabaqcıl avropa şirkəti Fransanın “RICHEL” və Hollandiyanın “STOLZE” şirkətləri qalib gəlmişdir. 60 illik təcrübəyə malik olan “RICHEL” şirkəti tərəfindən bizə istixana konstruksiyası üzrə ən son modellərdən biri kimi tanınan “Richel 12,8” konstruksiyası təklif olunmuşdur. Bu modelin ölçüləri damın ən yüksək nöqtəsində 11 m və dirəklər arasında olan məsafə üzrə 12,8 m təşkil edir. Hansı ki, həcm və məhsuldarlıq baxımından ən uyğun kompromis variantı kimi qəbul edilməklə soyuq, isti, habelə quraqlıq ərazilər üçün çox əlverişli hesab olunur. Bütün digər avadanlıqların təchizatı, istixana avadanlıqlarının layihələndirilməsi, verilən sifarişlərin fərdi özəllik xüsusiyyətləri nəzərə alınmaqla mühəndis həlləri sahəsində 50 illik iş təcrübəsinə malik olan “STOLZE” şirkətinə həvalə olunmuşdur. Bitkilərin yetişdirilməsi zamanı irriqasiya, isitmə və ventilyasiya prosesləri avtomatik olaraq kompüterləşdirilmiş “PRIVA” sistemi tərəfindən idarə olunur. Bu halda aqronomlara yalnız effektiv strategiya üsulunun seçilməsi qalır ki, “PRIVA” sistemi də məhz həmin strateji üsulla idarəni davamlı olaraq həyata keçirir. Bütün bu özəlliklər bizə gün ərzində bitkilərin yetişdirilməsi üçün lazım olan ideal şəraitin yaradılmasına imkan verir eyni zamanda məhsuldarlığın həm keyfiyyət, həm də kəmiyyət baxımından yeni bir müstəviyə çatdırılmasını mümkün edir.

MÜTƏXƏSSİSLƏRİMİZ

placeholder 960 placeholder 960

Bitkilərimizə, peşəkar və uzunmüddətli iş təcrübəsinə malik olan, habelə mütəmadi olaraq Hollandiyada, İspaniyada, habelə Avropanın digər ölkələrində təlimlər keçən aqronomlar qulluq edir. Bununla yanaşı monitorinq və müvafiq konsultasiya xidmətləri məqsədilə il ərzində bir neçə dəfə tərəfimizdən hollandiyalı mütəxəssislər istixanaya dəvət olunurlar. Bütün bu tədbirlər ən tələbkar alıcılarımızın məmnunluğunun təmin olunmasına yönəlmişdir.

PARTNYORLARIMIZ

Azərbaycanda istixana komplekslərinin tikintisi və istixana təsərrüfatının idarəedilməsi sahəsində lider olan “Grow Group Azerbaijan” şirkəti ilə sıx əməkdaşlıq sayəsində layihəmizin uğurla ərsəyə gəlməsi və fəaliyyəti mümkün olmuşdur. Qeyd etmək lazımdır ki, “Grow Group Azerbaijan” şirkəti Azərbaycanda “RICHEL” və “STOLZE” şirkətlərinin rəsmi distribütorudur.

GREENWORLD

Bizimlə əlaqə saxlayın. Suallarınıza cavab verməkdən xoşbəxtlik duyacağıq.

Баку, Азербайджан

info@greenworld.az

(012) 565-05-50

+99(455) 254-77-11

Mesajınız göndərildi. Təşəkkür edirik!